“Qızıl Qalxan” proqramı

 Məşğul rəhbərlər “Qızıl Qalxan” proqramı

Məşğul rəhbərlər və işgüzar peşəkarlar əsasən vaxt məhdudiyyəti və rejimsiz iş şəraitinə görə karyeraları boyunca bir sıra aşağıdakı amillərin təsirinə məruz qalırlar:

  • Yüksək stress
  • Çoxsaylı biznes səfərlər
  • Qeyri-sağlam qidalanma (ayaqüstə yemək, fast-fud)
  • Sosial öhdəliklər
  • Psixo-emosional gərginlik
  • Məhdud fiziki aktivlik, oturaq həyat tərzi

Bu səbəbdən rəhbər işçilər və biznesmənlər üçün “Qızıl Qalxan” adlanan xüsusi proqram hazırladıq. Proqram özündə, ilk növbədə, sağlamlığın hərtərəfli qiymətləndirilməsi, risk amillərin müəyyən edilməsini və bunun nəticəsində sağlamlığın yaxşılaşdırılması və xəstəliklərin qarşısının alınmasınə yönəlik fərdi, hədəfli tədbirlərin həyata keçirilməsini ehtiva edir.

Daha uğurlu fəaliyyət, uzun və sağlam həyat üçün sağlamlığınızı optimallaşdırmaq məqsədilə təklif etdiyimiz sağlamlıq proqramlarından birini seçmək və bununla da tibb elminin ən son nailiyyətlərindən və qabaqcıl tibbi texnologiyalardan bəhrələnə bilərsiniz.

 

Bütün sağlamlıq paketlərinə ümumi qan analizi, diabet önü, qanda xolesterinin səviyyəsinin, böyrək və qaraciyər funksiyalarının yoxlanması da daxil olmaqla, ürək-damar və onkoloji xəstəliklər, diabet və psixi pozğunluqların yaranması risklərinin müəyyən edilməsi və metabolizmin (maddələr mübadiləsinin) qiymətləndirməsi daxildir. Fiziki müayinə, laborator testlər və diaqnostik görüntüləmənin nəticələri əsasında fərdi müalicə və təqib planı tərtib edilir.

 

 

“Qızıl Qalxan” Proqramının üzvü kimi Siz aşağıdakılardan bəhrlənəcəksiniz:

İnfarkt / İnsult Riskinin Qiymətləndirilməsi

  • İltihab vəziyyətinin dəyərləndirilməsi
  • Yuxu (karotid) arteriyalarının və Vertebro-bazilyar damarların dupleksi
  • Koronar damarların Kalsium göstəricisi – qeyri-invaziv angioqrafiya
  • Xolesterinin təyini və Diabetə görə dərinləşdirilmiş müayinəsi
  • EXO-kardioqrafiya müayinəsi

Sağlamlığın bərpası: Laborator Testlər

      • Hormonların səviyyəsinin təyini
      • Onkomarkerlərin təyini
      • Adrenal stress (xronik yorğunluq)

Qabaqlayıcı müayinə: Qiymətləndirmə və aşkarlama

        • Dərinləşdirilmiş fiziki müayinə
        • Əsas orqanların 2D və 3D Ultrasəs müayinəsi
        • Yoğun bağırsağın xərçəng xəstəliyinə görə qeyri-invaziv skrininq: KT and MR kolonoqrafiya

Genetika: Qiymətləndirmə

          • Ürək-damar sisteminin qiymətləndirilməsi
          • Farmakogenetik qiymətləndirmə
          • Diyetoloji (pəhriz) qiymətləndirmə

Bizim digər hədəfli sağlamlıq paketlərimiz.

  1. Mədə-bağırsaq sisteminin sağlamlığı: iltihablı və yoluxucu xəstəliklərin (infeksiyalar) markerlərinin təyini, bağırsağın iltihab xəstəliyinə görə müayinə və müalicə, qlüten və qarın boşluğunun müayinəsi, mikronutrientlərin absorbsiyasının qiymətləndirilməsi, H.pylori bakteriyasına görə laborator test və s. daxildir. Şəxsin yaşı və digər risk faktorlardan asılı olaraq, həmçinin MR və ya KT kolonoqrafiyadan istifadə edərək, yoğun bağırsaq xərçənginin və xərçəngönü halların (poliplərin) diaqnostokası məqsədilə qeyri-invaziv skrininq də aparılır.
  2. Ürək-damar sisteminin sağlamlığı: arterial damarlar yaşınızı müəyyənləşdirmək məqsədilə yuxu arteriyalarının müayinəsi və infarkt və ya insulta səbəb ola biləcək xolesterin düyünlərinin erkən aşkarlanması; lipoproteinlər, triqliseridlər və omeqa yağ turşularının yoxlanması daxil olmaqla, ürək-damar xəstəliklərinə dəlalət edən iltihab göstəricilərinin təyini aparılır. EXO-kardioqrafiya, eləcə də Kompüter tomoqrafiyası (KT) ilə ürəyin kalsium göstəricisinin təyini də təklif edilir. Bu məqsədlə xüsusi rentgen aparatı istifadə edilir. Həmin aparat ilə damarların kirəclənməsini və daralmasını göstərən şəkillər əldə edilir və ateroskleroz və ya ürəyin tac damarlarının xəstəliyi aşkar edilir. Əldə edilən məlumatlar yüksək infarkt riskini qiymətləndirməkdə kömək edə bilər.
  3. Balans: Bura qidalanma səviyyəsinin qiymətləndirilməsi; vitaminlər, minerallar, mikro- və makronutriyentlər, omeqa turşuları, metabolik kofaktorlar, həzm fermentləri, ağır metal toksikliyi və s. müəyyən edilməsi; cinsi hormonların səviyyəsinin müəyyən edilməsi, testosteron və estrogenin təyini testləri daxildir.  Həmçinin stress və qalxanabənzər vəzinin və digər hormonların pozğunluqları arasında korrelyasiya müəyyən edilir. Sizin orqanizminizin stressə davam gətirməsi qabiliyyətini müəyyən etməyə kömək edən, xronik yorğunluq sindromu və böyrəküstü vəzilərin tükənməsi üçün də müvafiq müayinələr aparılır.
  4. Onkoloji xəstəliklərə skrininq: DNT və qan biomarkerlərindən istifadə edərək yoğun bağırsaq xərçəngi, prostat vəzinin xərçəngi, süd vəzi xərçəngi və digər onkoloji xəstəliklərə görə qeyri-invaziv testlər (məs., KT və MRT kolonoqrafiya, rəqəmsal mammoqrafiya, transabdominal USM və s.) təklif edilir; beyinin MRT görüntüləməsi, 3D-mammoqrafiya və süd vəzinin US müayinəsi aparılır.