Biz kimik

 

Dr. Tofiq Musayev, ekspert

Tofiq Musayev 1994-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirmiş, ictimai səhiyyə sektorunda 20 ildən artıq müddətdir çalışır. Uzun illər ərzində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əhalinin sağlamlığı şöbəsinin müdiri vəzifəsində çalışıb. Bir sıra beynəlxalq və yerli layihələrdə əlaqələndirici, məsləhətçi və səhiyyə mütəxəssisi kimi çalışır.

İctimai səhiyyənin aktual problemləri ilə bağlı bir çox beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib. İctimai səhiyyə, əhalinin sağlamlığı məsələlərinin aktual aspektlərinə dair ölkə əhəmiyyətli strateji sənədlərin işlənib hazırlanmasında, müxtəlif tibbi və ictimai səhiyyə mövzularında təşkil olunan onlarla milli və beynəlxalq konfrans, seminar və təlimlərdə təlimçi və dəvət olunmuş ekspert qismində iştirak edib.

Fəaliyyəti ilə əlaqədar müxtəlif beynəlxalq, dövlət, qeyri-hökumət təşkilatları ilə əlaqələr yaradır, iş birliyi qurur.

 

 

 

 

Dr. Səbinə Babazadə, ekspert

N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, pediatriya fakültəsini 1994-cü ildə bitirib. Biləcəri DəmirYol xəstəxanasında Mama-qinekolojı şöbəsində həkim-pediatr vəzifəsində internatura keçib və 1996 – 2002-ci illərdə həmin şöbədə həkim-pediatr vəzifəsində fəaliyyətini davam etdirib.

2006 – 2011-ci illərdə Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi Təşkilati-metodiki şöbənin müdiri, 2011-ci ildən etibarən isə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində layihələrin əlaqələndirmə şöbəsinin müdiri vəzifəsində çalışır.

Layihələrin menecmenti, səhiyyə sahəsində müxtəlif araşdırmalar və sosioloji tədqiqatların təşkilində geniş təcrübəyə malikdir. Yüzlərlə konfrans, seminar, forum və təlimlər təşkil edib və bir çoxunda təlimçi və mühazirəçi qismində iştirak edib.

 

 

Səbuhi Abdullayev, hüquqşünas

1985-1991-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almış, 1992-1995-ci illərdə ayrı-ayrı sahələrdə ixtisası üzrə fəaliyyət göstərmiş, 1995-2005-ci illərdə Səhiyyə Nazirliyinin baş məsləhətçi-hüquqşünası, 2005-2006-cı illərdə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzində hüquq şöbəsinin müdiri işləmiş, 2007-ci ildən hal-hazıradək Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin baş hüquqşünası vəzifəsində çalışır.

Bir sıra normativ sənədlər toplusu, metodik vəsait və bələdçi qaydaların hazırlanmasında tərtibatçı, məsləhətçi və tərcüməçi, ayrı-ayrı beynəlxalq və yerli təşkilatların layihələrində hüquq məsləhətçisi, ekspert və monitor, “Səhiyyə qanunvericiliyi” mövzuları ilə bağlı tədbirlərdə təlimçi qismində  iştirak etmiş, müxtəlif təlim və ixtisasartırma kursları keçmişdir.

Dr. Qəhraman Haqverdiyev, ekspert

Monitorinq və qiymətləndirmə mütəxəssisidir və Azərbaycanda beynəlxalq təşkilatların (UMCOR, SMF, WorldBank, IFC) tətbiq etdiyi səhiyyə, humanitar və məsləhət xidmətləri sahəsində həkim kimi 15 ildən artıq təcrübəsi var.

Dr. Haqverdiyev Azərbaycanda səhiyyə sisteminin təminatı, epidemioloji və səhiyyədə biznes mühiti sahələrində mükəmməl biliklərə malikdir. O, “Bizim sağlamlığımız” tibb qəzetinin (“Zerkalo” qəzetinin əlavəsi) baş redaktoru, Azərbaycanda ilk İnternet tibbi portallarının redaktoru (www.azmednet.az, www.doctor.az, www.medi.az) Medi.az tibbi məsləhət şirkəti, “Eskulap” tibbi avadanlıq şirkətinin direktoru və s. olub.

E-Sağlamlıq sahəsində də böyük təcrübəyə malikdir və Azərbaycanda bir sıra tədqiqat layihələri və e-səhiyyə və teletəbabət təşəbbüsləri üzrə əlaqələndirici olmuşdur. Hal-hazırda “Həkimlər və yeni tibb texnologiyaları” və “Azərbaycanda təbabət” kimi Facebook qruplarının rəhbəridir.

Tədqiqat qrupunun bir hissəsi olaraq, Demoqrafya və Sağlamlıq Sorğularında (AzDHS 2006 və 2011), ÜST-nin STEPS tədqiqatı kimi böyük sorğularda məlumatların təhlilində, biznes və digər sahələrdə iştirak etmişdir. Ekspert və analitik işlərdə SPSS, Tableau, Access və bu kimi kompüter proqramlarından istifadə olunur.

Hal-hazırda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri vəzifəsində çalışır.

Dr. Lütfi Qafarov, ekspert

 

Dr. Nabil Z. Seyidov, PhD, ekspert

Dr Seyidov tibb sektorunda 15 il və ictimai səhiyyə sektorunda 3 ildən artıq iş təcrübəsinə malikdir. Peşəkar həkim olmaqla yanaşı, Nabil Seyidov tibb və qeyri-tibb işçilərinin təlim-tədrisi,  səhiyyə sektorunda yeni informasiya texnologiyalarının tətbiqi, teletəbabət, səhiyyənin elektronlaşdırılması, tibb xidmətlərinin keyfiyyət standartları, səhiyyə menecmenti və qeyri-infeksion xəstəliklərin profilaktikası kimi geniş spektr məsələlərə böyük maraq göstərir.

2012-ci ildə ABŞ-da çalışdığı müddətdə Dr Seyidov www.uptodate.az “Uptodate In Medicine” Elmi Tibbi məlumat portalını təsis etmişdir. Bu portal tibb və qeyri-tibb işçilərinin müasir bilik və məlumatlarla təmin etmək üçün nəzərdə tutulub.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən yaradılmış “E-telim portalının” və “E-sağlamlıq” portallarının layihə rəhbəri və ideya müəllifi olub. Səhiyyə sektorundakı fəaliyyəti dövründə bir neçə kitab, metodik vəsait və rəhbərliklərin həm-müəllifi və 10-dan çox elmi məqalənin müəllifi olub. Bu günədək 500-dən çox müxtəlif mövzularda təlim kursları və seminarlar keçirib.

Nərmin Əliyeva, klinik qidalanma üzrə mütəxəssis

 

Nüranə Kəlbiyeva, inzibati işlər üzrə menecer

Memarlıq və İnşaat Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə fakultəsində 2008-2012-ci ilər ərində təhsil almış və marketoloq ixtisasına yiyələnmişdir. O həmçinin 2005-2008-ci illərdə tibb texnikumunu mamaçı ixtisası üzrə bitirib. İctimai səhiyyə sahəsində çalışır, səhiyyə sahəsində bir sıra sosioloji sorğular və araşdırmaların təşkili və keçirilməsində iştirak edib.

Yana Axlınova, baş mühasib

10 ildən çoxdur ki, müxtəlif qeyri-hökumət və biznes qurumlarında mühasib və baş mühasib vəzifələrində çalışıb. Azərbaycan Mühasiblər Birliyi və bir sıra beynəlxalq təşkilatların təşkil etdiyi maliyyə idarəetməsi və maliyyə hesabatlığı üzrə təlimlərində uğurla iştirak edibdir.