Kliniki transformasiya

KLİNİK TƏKMİLLƏŞDİRMƏ TƏDBİRLƏRİ

Fəaliyyətinizin keyfiyyətinin artırılması, xərclərin azaldılması və potensialın yüksəldilməsi də daxil olmaqla, klinik yenidənqurma və ya təkmilləşdirmə məqsədlərinizə nail olmaq üçün Sizlərə yardım göstəririk. Bizim xüsusi tədbirlər üç kritik sahəyə yönəldilib: pasiyentlə işin qurulması, qayğının koordinasiyası və klinik fəaliyyətdə müxtəliflik. Biz bunları hesabatlılıq və texnologiya, idarəetmə və məsuliyyət, eləcə də transformasiya prosesinin idarəedilməsi vasitəsilə dəstəkləyirik.

KLİNİK DƏYİŞİKLİK TƏDBİRLƏRİ

Komandamız klinik nəticələrin yaxşılaşdırılması və xərclərin azaldılması, habelə göstərilən qayğının həcmi və keyfiyyətində fərqlərin aradan qaldırılması məqsədilə müxtəlif klinik və inzibati proseslərin avtomatlaşdırılmasını təmin etməkdə yardım göstərir:

  • Həkim, tibb bacısı, digər tibb və qeyri-tibb personalının məsuliyyətinin artırılması
  • Qayğı prosesi və gözlənilən standartların tətbiqi
  • Hədəf xəstələr qrupunun müəyyən edilməsi
  • Testlərin aparılması, müalicə tədbirlərinin tətbiqi, tibbi ləvazimatlar və dərman preparatlarının istifadəsinin standartlaşdırılması
  • Tibbi xidmətlərdən ibarət hədəfli hazır paketl təkliflərin hazırlanması