Konsultantlarımız

Dr. Alexander Qorni, ailə həkimi, hospitalist, Lonq-Aylend şəhəri, ABŞ

Dr. İmran Abdullayev, Respublika Qidalanma və Epidemiologiya Mərkəzinin direktoru, Azərbaycan Respublikası

Dr. Andreas Petropoulos, pediatr, uşaq kardioloqu, Yunanıstan Respublikası

Nərmin Əliyeva, klinik qidalanma üzrə magistr (Böyük Britaniya), Azərbaycan Respublikası

Elmar Cəmilov, qida məhsullarının keyfiyyəti ekspertizası və qida təhlükəsizliyi üzrə mütəxəssis

Professor Famil Babayev, ixtisasca hərbi cərrah, travma hallarında yardımın təşkili və idarə olunması,  təcili travma yardım və cərrahiyyə xidmətinin təşkili üzrə mütəxəssis

Dr. Konstantin Kiriazis, kardioloq, Almaniya Federativ Respublikası

Dr. Qalina Qəniyeva, qida təhlükəsizliyi, qida gigiyenası üzrə mütəxəssis

Dr. Qəniyevə 1993–cü ildən bu günə qədər Azərbaycan Tibb Universitetinin qidalanma və kommunal  gigiyena kafedrasında çalışır.  1985–1993-cü illər ərzində V.Y.Axundov adına Tibbi profilaktika Elmi Tədqiqat İnstitutunun qidalanma gigiyenası laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışıb. 2007-ci ildə Qalina xanım Biomonitorinq Laboratoriyasının meneceri olub. 2005-2009-cu illərdə Azərbaycanda Dövlət reqlament və standartlar üzrə İngiltərənin ESSqida təminatı (catering) şirkətinin konsultantı kimi fəaliyyət göstərib. 

Dr. Sevinc Nəsirova, qida təhlükəsizliyi, qida gigiyenası, sanitar nəzarət üzrə mütəxəssis.

Dr. Nəsirova qida təhlükəsizliyi və qida gigiyenası üzrə geniş praktik təcrübəyə və nəzəri biliklərə malikdir. O, uzun illərdir ki, ölkənin aparıcı şirkətində həkim-gigiyenist, sanitar-gigiyena bölməsini rəhbəri vəzifəsində çalışır. Sevinc xanım Böyük Britaniyanın İctimai Səhiyyə İnstitutu tərəfindən Qida Təhlükəsizliyi üzrə sertifikatla, Britaniyanın Ətraf Mühit Sağlamlığı İnstitutu tərəfindən “Level 4 Award in managing food safety in catering” mükafatı ilə təltif edilmişdir. 2011-ci ildə Dr. Nəsirova İSO 22000:2005 Food Safety Management System üzrə təlimdən keçmişdir.