Maliyyə və əməliyyat fəaliyyəti

QAYĞININ ƏLÇATANLIĞI ÜÇÜN TƏDBİRLƏR

Dörd əsaslı komponentin optimallaşdırılması yolu ilə pasiyent, xidmət təklif edən və işçi məmnuniyyətini nəzərə alan bir model hazırlayaraq, pasiyentə yönələn və davamlı əlçatanlıq təcrübəsi yaradırıq: tədbirlərin mükəmməlliyi, resursların optimallaşdırılması, keyfiyyət və məmnunluq. Bizim təklif etdiyimiz unikal müdaxilə və tədbirlər səhiyyə sektorunun əsas fəaliyyət göstəriciləri və monitorinq və qiymətləndirmə mexanizmləri əsasında formalaşır.

KLİNİK SƏNƏDLƏŞMƏ VƏ TƏKMİLLƏŞDİRMƏ TƏDBİRLƏRİ

Uptodate in Medicine MMC-nin “Klinik Sənədləşmənin Təkmilləşdirilməsi” üzrə ekspertlərinin bilik və təcrübələrindən faydalanaraq və müvafiq aparıcı mütəxəssislərdən istifadə edərək, tibb müəssisəsi xəstəliyin ağırlığı və kəskinliyi əsasında düzgün sənədləşmə və tibbi qeydiyyat sistemini tətbiq etmək imkanı əldə edir. Biz tibb müəssisəsində tez-tez müalicə olunan xəstəliklərin ağırlığını dəqiq əks etdirməklə, müəssisədə çalışan həkimlərin və bütövlükdə xəstəxananın profini yaxşılaşdırmaqla həm müraciətlərin sayını artırmağa, həm də sığorta üzrə ödənişlərin artımını əldə etməkdə yardım göstəririk.

KLİNİK LABORATOR XİDMƏTLƏR

Laborator xidmətlər bazarında baş verən dəyişikliklər, həm özəl, həm dövlət klinik laboratoriyaların inkişafı, həm də xəstəxanalardan kənar fəaliyyət göstərən laboratoriyaların sayının artması onlara fəaliyyətlərinin səmərəliliyini artırmağa, maliyyə göstəricilərini yaxşılaşdırmağa yönəlik ciddi tədbirlərin görülməsini tələb edir.  Təbii ki, öz gəlirlərini artırmaqla yanaşı laboratoriyalar göstərdikləri xidmətlərin keyfiyyətini də artırmalıdır. Bunun üçün aşağıdakılar tələb oluna bilər:

  • Məhsuldarlığı artırmaq və xərcləri azaltmaq üçün kadr, avadanlıq, yer və ya texnologiyaların optimallaşdırılması.
  • Keyfiyyət və standart yanaşmanı təmin etmək üçün xidmətlərin təminatında fərqlərin azaldılması.
  • Sazişlərin nəzərdən keçirilməsi, informasiya texnologiyaların tətbiqi və edilmiş sərmayələrin səmərəliliyinin qiymətləndirilməsi.
  • Pasiyentlərdən qan nümunələrinin götürülməsi və analizlərin aparılması sisteminin optimallaşdırılması.
  • Laboratoriyanın əlçatanlığının genişləndirilməsi və əhatə dairəsinin böyüdülməsinə yönəlik təşəbbüslərin tətbiqi.
  • Qan nümunələrinin daşınması, nəticələrin xəstələrə çatdırılması, satış imkanları və marketinq strategiyaları da daxil olmaqla, mövcud maliyyə proseslərinin təkmilləşdirilməsi

Strategiyanın həyata keçirilməsini təmin etmək üçün, səhiyyə sektorunda dərin biliklərə, menecment bacarıqlarına və təcrübəsinə malik olmaq tələb olunur. Bu məqsədlə həmçinin Sizin müəssisənizin bazarda mövcud durumu və yeri, gələcəkdə tuta biləcəyi yer təhlil edilir və hədəflərə nail olmaq üçün ən optimal vasitələr təklif edilir.

Etibarlı strateji məsləhətçilər qrupumuz laboratoriyalara dayanıqlı nəticələr verən səmərəli, maliyyə və menecment strategiyalarının yaradılmasına kömək edir.

İNSAN RESURSLARI İLƏ ƏLAQƏLİ TƏDBİRLƏR

Insan resursları ilə komplektləşdirmə xidmətlərimiz Sizin müəssisənizin fəaliyyətinin yaxşılaşdırılması, kadr işinin strateji məqsədlərə xidmət edən prosesə çevrilməsi, mövcud proseslərin yenidən qurulması və təkmilləşdirilməsi, təşkilati effektivliyin optimallaşdırılması və xərclərin səmərəliliyinin artırılması üçün nəzərdə tutulmuşdur.

Biz səhiyyə təşkilatlarına aşağıdakılara dair yardım edirik:

  • Ödəniş və imtiyazlar
  • Kompensasiyalar
  • İstedadlı əməkdaşların dəstəklənməsi
  • Dəyişiklik və ya transformasiya zamanı müəssisənin idarə edilməsi