Qida təhlükəsizliyi və sanitar normalar

Təlim-tədris vasitəsilə imkanların genişləndirilməsi

Qida təhlükəsizliyinin təmin edilməsi üzrə milli və beynəlxalq standartlar əsasında idarəetmə sisteminin qurulması və tətbiqi günün tələbidir. Genişlənən iaşə xidməti sferası və ölkədaxili turizm imkanlarının və turizm obyektlərinin çoxalması keyfiyyətə nəzarətin gücləndirilməsi məsələlərini önə çəkmiş olur. Qida təhlükəsizliyi, qida təminatı sistemində sanitar normaların tətbiqi, qida gigiyenası, qida dəyərliliyi və s. bu kimi əhəmiyyətli məsələlər kiçik və orta sahibkarlar, xırda və böyük şirkətlər, otellər, kafe və restoranlar, baxça və məktəblər, xəstəxanalar,  əmək yerləri və s. iaşə obyektlərində diqqət mərkəzindədir.

Bizim peşəkar və təcrübəli mütəxəssislərimiz və konsultantlarımız qida məhsullarının hazırlanması, daşınması, saxlanması, şəxsi gigiyena, sanitar qayaların tətbiqi və digər mövzular üzrə Sizin əməkdaşlarınızın bilik və bacarıqlarının artırılmasını təmin edə bilər.

Ümumi məlumat

Təlim-tədris proqramlarımızı müştərinin istək və ehtiyaclarına uyğun qurmağımıza baxmayaraq, şirkətimizin təlim kurslarında ən populyar mövzularla aşağıda tanış ola bilərsiniz:Food hygiene

  • Milli gigiyena və sanitariya standartları
  • Epidemik hadisələr və onların idarə olunması
  • Risklərin qiymətləndirilməsi və təhlükələrin önlənməsi
  • Bakterial çirklənmə, bakterial infeksiyalar
  • Qida gigiyenası
  • Gigiyenik standartlar
  • Tullantıların idarə olunması (tibbi, məişət və s.)
  • Qidaların saxlanması və daşınması
  • Beynəlxalq qida təhlükəsizliyi standartlar
  • Süni süd qarışıqlarının marketinqi üzrə Ümumdünya Səhiyyə Təşkilatının Kodeksi
  • Codex Alimentarius və ya Qida Kodeksi

Qida təhlükəsizliyinin əsasları

Bu təlim modulu çərçivəsində dinləyicilər qida təhlükəsizliyinə dair ümumi anlayışlar, o cümlədən, qida məhsulları ilə əlaqəli infeksiyalar, qidaların daşınması və saxlanmasına dair düzgün sanitar və gigiyenik tələblər və normativlərlə tanış olacaqlar. Burada müəssisələrin müvafiq əməkdaşlarının qida təhlükəsizliyinin təmin edilməsindəki rolu və vəzifələri müzakirə edilir, praktik vərdişlər və sistemli yanaşma təsvir edilir. Təlim milli normativ-hüquqi sənədlər, Səhiyyə Nazirliyinin əmr və sərəncamları, metodik göstəriş və təlimatları əsasında hazırlanıb keçirilir. Müştərinin istəyi ilə beynəlxalq standartların tətbiqi də təlimə daxil edilə bilər.

Temperatur və vaxt

Modulda qida məhsullarının daşınması və saxlanması, habelə iaşə obyektlərində paylanması (və ya satışı) zamanı temperatura nəzarət və müddətlər barədə danışılır. Temperaturun qida məhsullarının mikroblarla çirklənməsində oynadığı rol təsvir edilir və qidaların saxlanması zamanı monitorinq və nəzarət mexanizmlərin tətbiqi izah edilir. Təlimdə həmçinin qida məhsullarının, o cümlədən, vaxtı keçmiş qidaların saxlanması, işarələnməsi də müzakirə edilir.

Qida zəhərlənmələri, çarpaz çirklənmə (kontaminasiya).

Qida məhsullarının daşınması, istifadəsi və ya saxlanması zamanı çarpaz kontaminasiya və ya çirklənmə və nəticədə infeksiyaların yayılması riski yüksəkdir. Bu modulda iştirakçılar müxtəlif texniki, məişət, nəqliyyat və s. avadanlıqlarda olan bakteriyalarla qida məhsullarının çirklənməsi, çirkli əllərdən qidalara mikrobların ötürülməsi, habelə qidadan qidaya infeksiyaların keçməsi məsələlər geniş təsvir edilir. Həmin risklərin azaldılması və qidaların kontaminasiyasının önlənməsinin yolları və üsulları burada müzakirə edilir. Müəssisənin fəaliyyət sahəsi və istəyi əsasında bu modulda daşınma, saxlanma və istifadə zamanı qida məhsullarının E.coli, botulizm, salmonellyoz, və digər bakteriyalarla çirklənməsi və müvafiq qabaqlayıcı tədbirlər izah edilir.

Şəxsi gigiyena

Qida sənayəsində çalışan əməkdaşlar üçün düzgün şəxsi gigiyenaya riayət etmə və işə təmiz paltarda qəlmə, müvafiq sanitar və gigyenik tələblərə uyğun hərəkət etmə və s. bu kimi məsələlər təlim modulunun tərkib hissəsidir. Təlim iştirakçıları qida məhsullarının çirklənməsinin yalnız xəstə həmkarlar deyil, həmçinin zahirən sağlam olan daşıyıcılar tərəfindən də tez-tez baş verdiyini öyrənəcəklər.

Sanitariya və təmizlik

Bu modulda qida məhsullarının saxlandığı yerlərdə temizliyin təmin edilməsi müzakirə edilir. İştirakçılar qida məhsullarının saxlandığı yerlərdə divarlar, döşəmələr, tavanlar və s. məkanların mütamadi yoxlanması və təmizliyin bərpa edilməsi məsələləri ilə tanış olacaqlar. Qida tullantıları və vaxtı bitmiş qidaların düzgün saxlanması, atılması və işarələnməsi də bu modula daxildir. Qida məhsullarının saxlandığı yerlərdə təmizlik işləri, ventilyasiya və havalandırma məsələləri də təlimdə müzakirə olunur.