Səhiyyədə sorğular və tibbi tədqiqatlar

Səhiyyə təşkilatının baş həkimi və ya meneceri kimi, pasiyentlər və tibb işçilərinin sıx əməkdaşlıqda çalışdığı səhiyyə sektoruna yanaşmanın vacibliyini, sözsüz ki, bilirsiniz. Lakin biz hamımız bilirik ki, hər birimiz bu tərəfdaşlıqda fərqli şeyləri görürük və hiss edirik, bunların hər birinin özünün prioritet istiqamətləri var.

Təcrübəli qrupumuz tərəfindən keçirilən səhiyyə tədqiqatları həm pasiyentlər, həm də tibbi və qeyri-tibb işçilərindən fikir öyrənərək pasiyent-həkim (tibb bacısı) və pasiyent-xəstəxana rəhbərliyi ünsiyyətini dəstəkləmək məqsədi daşıyır.

Araşdırmaların zəruriliyi və pasiyentlərdən və işçilərdən dinamik və davamlı rəyin alınmasının əhəmiyyəti dünyanın bütün səhiyyə təşkilatlarında uzun müddət tanınır və istifadə edilir, Azərbaycanda da buna maraq yaranır.

Uptodate In Medicine Şirkətinin Araşdırmalar qrupu sizing səhiyyə təşkilatınıza (xəstəxana, poliklinika, özəl klinika, digər səhiyyə biznesi) daha çox məlumat toplamaq və təhlil etməkdə kömək edə bilər. Təşkilatınızın fəaliyyətinin effektivliyini əvvəlki nəticələrlə və bu sahədə çalışan digər oxşar təşkilatlarla müqayisə edə bilərik. Biz sizə birbaşa pasiyent və personal sorğularını, həm də electron sorğular və electron rəy təklif edə bilər. Komandamız elektron poçt vasitəsilə, veb saytlar, mobil qurğular və hətta xəstəxananın, təcili yardım şöbələrinin, ambulatoriya klinikalarının gözləmə zallarında olan kompüterlər vasitəsilə sorğuların aparılmasında ixtisaslaşmışdır. Güclü platforma və təcrübəli analitik heyətimiz nəticələri təhlil edəcək və istifadəniz üçün ətraflı izahatlar olan rahat və peşəkar diaqramları sizə göndərəcək.

Sizi maraqlandıran sorğular?

Bizim sadə konfidensial sorğular və rəy alətlərimiz vasitəsilə, heç bir pasiyent və ya işçi tərəfindən açıq müzakirə edilməyən və danışılmayan məlumatlar toplaya biləcəksiniz. Sorğular onlara bunu məxfi etmək şansı verir.

Fəaliyyətinizi təkmilləşdirmək üçün sorğulardan istifadə etmək üçün bir neçə üsul vardır:

Pasiyentin razı qalması

Pasiyentlərlə sorğu pasiyentlərin səhiyyə təşkilatına səfərləri və ya xidmətlərinizdən istifadəsi və ümumi heyət, həkimlər, qeyri-tibb işçiləri və müəssisənizə müraciət təcrübəsinin keyfiyyətini araşdırmaq məqsədi daşıyır. Bundan əlavə, bu tip sorğular pasiyentlərin maraqlarını, istəklərini və hətta təkmilləşdirməyə dair təklifləri baxımından sizə kömək edə bilər.

Tibbi və qeyri-tibbi heyət

Təşkilatın (biznes şirkətinin və ya qeyri-kommersiya xəstəxanasının) artımı və xidmətlərin keyfiyyəti birbaşa əməkdaşlıq, həvəs, maraq və tibbi və qeyri-tibb işçilərinin iştirakı ilə bağlıdır. Xüsusi araşdırma alətlərimiz tibbi və köməkçi heyətin ehtiyaclarını və maraqlarını, xidmətinizdəki çatışmazlıqları və işləri yaxşılaşdırmaqla yanaşı vəziyyəti yaxşılaşdırmaq yollarını da tapmaqda kömək edəcəkdir. Aşağıdakı araşdırmaları sizə təklif etməyə hazırıq:

  • İşçilərin cəlb edilməsi
  • Pasiyentin təhlükəsizlik mexanizmləri
  • Həkim və tibb bacıları üçün təlim və potensialın artırılması zərurəti
  • Məhsuldarlığın qiymətləndirilməsi və təhlili
  • Personal üçün insan resursları ilə bağlı sorğular

Gender əsaslı sağlamlıq məsələlərinin araşdırılması

Biz kişi və qadınlara yönəldilmiş xüsusi sorğular təklif edə bilərik. Bu, sizin sahənizdə, konkret yaş və cini mənsubiyyətə görə ən böyük narahatlıq yaradan problemlərin aşkarlanmasına kömək edə bilər. Sorğularımızın nəticələri tibbi təhsil və təbliğat proqramlarını bir araya gətirməklə kadrlara tələbatın müəyyənləşdirilməsi, yeni xidmətlərin inkişaf və tətbiq edilməsi, sağlam həyat tərzinin təşviq edilməsi üçün istifadə edilə bilər

Tibbi, klinik araşdırmalar

Tibbi və ya ictimai sağlamlıq tədqiqatlarını planlaşdırmaq və ya başlamaq istəyirsinizsə, işi beynəlxalq səviyyədə tanınmış standartlara uyğun şəkildə hazırlamağa, məqsədli pasiyentlərin seçilməsinə kömək etmək, tədqiqat və ya araşdırmaların keçirilməsinə dəstək vermək və statistic analiz keçirmək üçün bizi seçin.

Prioritetlər üzrə indikatorların müəyyən edilməsi

Pasiyentin məmnuniyyətini yaxşılaşdırmaq və ya daha xoşbəxt işçilərlə təhlükəsiz bir xəstəxana yaratmaq istəyinizdən asılı olmayaraq, zaman içində effektivliyi ölçmək əla bir fikirdir. Effektivlik kriteriləri və ya göstəricilərinin inkişaf etdirilməsi sizə bir başlanğıc nöqtəsi verəcəkdir. Belə ki, müəyyən təşəbbüslər və ya müdaxilələr sizin işinizi və ya xidmətlərinizi necə yaxşılaşdırdığını başa düşə bilərsiniz.

Təklif etdiyimiz tibbi araşdırmaların nümunələri

  • Həkimin iş effektivliyinin qiymətləndirilməsi: Təklif etdiyiniz xidmətlər, pasiyentlərin əməkdaşlarınızla qarşılıqlı əlaqəsi və maraqlı olan digər parametrlər barədə məlumat almaq üçün pasiyentlərinizlə onların ofis, klinika və ya xəstəxana ziyarətindən sonra sorğu edin.
  • Xəstəxana və ya klinikanın iş effektivliyinin qiymətləndirilməsi: Pasiyentlərinizin xəstəxanada qalması və ya klinikaya səfərləri və onların təcrübəsinin bütün aspektləri, onların tibbi müalicəsi, fiziki və emosional rahatlığı və hissləri ilə bağlı rəy əldə edin.
  • Səhiyyə xərcləri: Xəstəxanada qalma zamanı və ya klinikanızdakı tibbi xidmətlərdən istifadə zamanı pasiyentlərinizin ümumi xərcləri barədə soruşun. Bu məlumat potensial riskləri (məsələn, bu sahədə mövcud olan orta və ya aşağı qiymətlərdən daha yüksəkdir, ya da pasiyentlər təyin olunan dərmanlara və ya digər müalicə üsullarına imkanı olmadıqda) anlamaqda kömək edə bilər və alternativ üsullar nəzərdən keçirilə bilər.
  • Pasiyentin təhlükəsizliyi barədə tədqiqatlar: Xəstəxanada, tibb təşkilatında, qocalar evində və ya əczaxanada işləməyinizdən asılı olmayaraq, işçi heyətiniz arasında aparılan sorğu səhiyyə təşkilatınızın pasiyent təhlükəsizliyi standartlarına cavab verməsini müəyyənləşdirməyə kömək edəcəkdir. ABŞ-da mütəxəssislər tərəfindən hazırlanmış orijinal tədqiqatlardan uyğunlaşdırılan pasiyent təhlükəsizliyinin tədqiqi prosesi müəssisənizin yaxşılaşdırmaq üçün sahələrini seçmək, məqsədləri və göstəriciləri təyin etmək və onlara nail olmaq üçün uğur və ya uğursuzluqların ölçülməsinə kömək etmək üçün nəzərdə tutulmuşdur.