Strateji istiqamətlərin təyini

STRATEJİ İSTİQAMƏTLƏR

Konsultantlarımız, yerli və beynəlxalq mütəxəssislərimizin birgə səyi ilə, tibb müəssisəsinin klinik və inzibati komandaları sıx iş birliyi əsasında həm klinik, həm də maliyyə baxımdan dayanıqlı nəticələrlə müşayiət olunan transformasiyanı təmin edirik. Bizim pasiyentə yönəlik və müştəri ətrafında qurulmuş yanaşmamız gələcək problemlər və çətinliklərin qarşılanması üçün aşağıdakı sahələrdə təkmilləşdirməni təmin edir: həkimlərin liderliyi və öhdəliklər, tibbi qayğı və xidmətlərin əlçatanlığı, ümumi fəaliyyət səviyyəsi və təhlil, gəlirlər, inkişaf və müraciətlərin sayı.

TƏŞKİLATIN PLANLI TƏDBİRLƏRİ

Uptodate In Medicine MMC ilə müştərilər əldə olunan aktivləri gələcəyin quraşdırılması üçün mühüm sütunlara çevirirlər. Əsas biznes məqsədləri  və müştərlərin unikal ehtiyacları əsasında daha səmərəli təşkilati struktur və nəzarət proseslərinin qurulmasında tibb müəssisəslərinə köməklik göstəririk.

İCTİMAİ SƏHİYYƏ TƏDBİRLƏRİ

Klinik nəticələri, tibbi qayğı təcrübəsini yaxşılaşdırmaq və xidmət xərclərini azaltmaq üçün əhalinin sağlamlığı üzrə fərdi səyləri dəstəkləmək üçün səhiyyə müəssisələrinə doğru strategiya və infrastrukturları müəyyən etməyə kömək edirik. Bizim işimiz risklərin idarə edilməsi, pasiyentlərin cəlbi, qayğı sistemlərinin birləşdirilməsi və qayğı şəbəkələrinin idarə edilməsində Sizə kömək etməkdir.

STRATEJİ İNTEQRASİYA ƏSASLI İDARƏ ETMƏ TƏDBİRLƏRİ

Müştərilərimizə klinik, əməliyyat və inzibati resursların cəmləşdirilməsi, birləşdirilməsi, satın alma, inzibati idarəetmə və yeni tərəfdaşlıq mexanizmlərinin inteqrasiyası zamanı müvafiq yardım göstərməklə, xidmət keyfiyyəti və maliyyə göstəricilərinin yaxşılaşdırılmasına kömək edirik.

STRATEJİ TƏDBİRLƏR

Transformasiyanı idarə etmək üçün təsirli strateji planların hazırlanması tələb edilir. Bizim işimiz müştərilərə yeni imkanlar yaratmaq və gələcək məqsədlərinə nail olmaq üçün onları lazım olan məlumat və bacarıqlarla təmin etməkdir. Bu məqsədlə biz geniş təcrübəyə malik mütəxəssislərimizlə yanaşı dərin analitik təhlil, statistik məlumatlar, bir başa müşahidə və bazarın araşdırılmasına arxalanarıq.