Təcili tibbi yardımın optimallaşdırılması

Təcili yardım şöbələrinin fəaliyyətinin optimallaşdırılması

Tam eyni olan iki təcili tibbi yardım şöbəsi yoxdur, ona görə də problemlər yarandıqda və ya təkmilləşdirmə tələb olunduqda tədbiq ediləcək vahid həll yolu mövcud deyil. Təcili yardım şöbələri bir çox istiqamətdə olduğuna görə – fiziki yerləşmə, təcililik, müştəri gözləntiləri , həkim praktikası nümunələri və s. – bizim yanaşma hər bir təşkilatın məqsədlərinə və istənilən nəticələrinə nadir formada çatması üçün uyğunlaşdırılır.

Uptodate In Medicine şirkətinin Konsaltinq Xidmətləri maneələrin nə qədər böyük olmasına baxmayaraq, milli və beynəlxalq səviyyədə tanınmış təcili yardım xidmətlərinin liderlər qrupunu real və effektiv dəyişikliklərin həyata keçirilməsi təcrübəsi və öhdəliyi ilə bir bir yerdə cəmləşdirir.

Təşkilatınızla əməkdaşlıq edərək biz nəticələrə yönəldilmiş qərarlar və ölçülmüş nəticələr təqdim edirik. Hər bir layihə üzrə mübarizə təcili yardımın keyfiyyətinə olan səmimi bağlılığımız sayəsində praktik yanaşma ilə möhkəmləndirir.

Dəyişiklikləri təmin etmək üçün Sizinlə yanaşı işləyirik

Təcili yardım şöbələrində problemlər yarandıqda səhv və ya köhnəlmiş proseslər çox vaxtbuna səbəb olur. Pasiyent və proses axınına maneə törədən optimal fəaliyyət maneələri ümumi olur və tez-tez iş yerlərindən, lazımsız vəzifələrdən və addımlardan, lazımsız təchizatdan və avadanlıqlardan, təlimsiz və ya işləməyən işçilərldən asılı olaraq özünü göstərir. İşçilər və həkimlər yaxşı fəaliyyət göstərmək istəyirlər, lakin tez-tez bunu etmək üçün lazımi vasitələri yoxdur.

Biz hesab edirik ki, gətirdiyimiz dəyər transformasiya dəyişiklikləridir ki, burada hədəflərinizə çatmağa sizə kömək etmək üçün liderlik qrupları, həkimlər və işçilərlə yanaşı işləyirik.

Prosesin yenidən qurulması və gündəlik fəaliyyətin idarə edilməsi sayəsində biz pasiyentin, işçi heyətinin və həkimlərin məmnuniyyətinə dair ölçülə bilən nəticələr əldə etmək, prosesin işlənilməsi vaxtının yaxşılaşdırılması, personalın istifadə edilməsi səviyyəsinin artırılması, daha yüksək keyfiyyət və xidmət, gəlir artırılması.üçün çalışırıq.

Bizim metodologiya.

  • Təkrarçılıq və əlavə dəyər verməyən fəaliyyət və vəzifələrin aradan qaldırılması məqsədilə iş proseslərinin tranformasiyası və yenidən qurulması
  • İş yükü tələblərini müəyyən etmək üçün mövcud fəaliyyətlərin ətraflı təhlili
  • Əmək tələblərinin və müvafiq bacarıqlar toplusunun müəyyənləşdirilməsi üçün resursların planlaşdırılması işinin inkişaf etdirilməsi
  • Müraciət edən pasiyentlərin sayı və onların məxsusi tələblərinə cavab verən kadr potensialının yaradılması və ya gücləndirilməsi
  • Əsas fəaliyyət göstəricilərini ölçmək üçün idarəetmənin vəziyyətinə dair hesabatların hazırlanması və ya xüsusi qiymətləndirmə proqramlarının tətbiq edilməsi

Səhiyyə sahəsində geniş təcrübəyə malik komandadan faydalanma imkanı

Bizim məsləhətçilərimizin dərin bilik və bacarıqları ilə yanaşı Siz səhiyyə sahəsində olan aparıcı həkimlər, tibb bacıları, ictimai səhiyyə mütəxəssislərinin geniş şəbəkəsinə bir başa çıxış əldə etmiş olursunuz. Təcrübəli mütəxəssislərimizin dəstəyi ilə istənilən şəraitdə təcili tibbi yardım (TTY) sisteminin qurulması və fəaliyyəti üçün ən qabaqcıl texnologiyalar və yanaşmalardan bəhrələnə bilərsiniz.

Bizim işimiz başa çatdıqda və strategiyalarımız tətbiq edildikdə, TTY şöbələri davamlı olaraq klinik bacarıqlarını artırmaq və əməliyyat göstəricilərini yaxşılaşdırmaq imkanı əldə etmiş olur.

Pasiyentlər və əməkdaşlar üçün müsbət təcrübə

Təcili yardım şöbəsi çox vaxt xəstəxananın ön qapısıdır, lakin uzun müddət gözləmə müddəti, əməkdaşlarla neqativ qarşılıqlı əlaqələr və ya aydın olmayan və vaxtında düzgün qurulmayan ünsiyyət asanlıqla xəstənin narazılığına və “diqqət yetirilməmə” göstəricilərinin yüksən olmasına səbəb ola bilər. Nəticədə pasiyent məmnuniyyətliyinin aşağı göstəriciləri hətta tibb müəssisəsinin uğursuzluğuna və iqtisadi göstəricilərin (gəlirlərin) aşağı düşməsinə gətirib çıxara bilər.

Uptodate In Medicine MMC-nin Konsaltinq komandası olaraq, biz başa düşürük ki, xoş mühit və əməkdaşların (tibb və qeyri-tibb personalın) aktiv iştirakçılığı və cəlbi pasiyentlərdə xoş təəssürat yaradır və gələcəkdə də həmin tibb müəssisəsinə müraciət etmək üçün cəlbedici faktor rolunu oynayır.

Pasiyentin məmnunluğu əsas faktordur

Biz pasiyentlərlə ilk təmasda olduqda pasiyentlərdə tibb müəssisəsinə qarşı müsbət təcrübə yaratmağa kömək edirik. Tibb və qeyri-tibb personalına pasiyentlər ilə hörmət və ehtiramla davranmağı öyrədir, pasiyentlərlə məlumatlı qarşılıqlı əlaqələrin qurulması və dəstəklənməsi alətləri ilə təmin edirik. Bununla da, biz xəstəxanalara pasiyentlərin həm məmnuniyyət göstəricilərini, həm də təkrar müraciətlərin artmasını təmin etməkdə yaxından kömək edirik.

Bizim pasiyentlərin hədəfli cəlbi proqramı klinik şöbələrin fəaliyyətini pozmamaq şərti ilə onların maksimal səmərəliliyini artımağa yönəlib. Proqramın əsas elementləri aşağıdakılardır:

  • İmkanlar, risklər və pasiyentlərlə işin mövcud vəziyyətinə dair detallı məlumatların toplanması və təhlili əsasənda, şöbə və ya bütövlükdə müəssisənin ümumi fəaliyyəti və iş proseslərinin qiymətləndirməsi
  • Xəstələrlə mükəmməl işin qurulması üzrə təlim kurslarının təşkili
  • Xəstələrlə ən yaxşı işin qurulması bacarıqlarının mənimsənilməsi və tətbiqinin qiymətləndirilməsi, müşahidəsi və davamlı təkmilləşdirilməsi
  • Müəssisənin rəhbər işçiləri və tibb və qeyri-tibb işçi heyəti üçün təlimlər
  • Qeydiyyat və hesabat  sisteminin təkmilləşdirilməsi

Xəstələrin cəlbi proqramları daha uğurlu olması və uzunmüddətli faydası üçün bütün əməkdaşların marağı, aktiv iştirak səviyyəsi tələb olunur.

Keyfiyyətli qayğı və vaxtında göstərilən xidmətlərə diqqət yetirməklə yanaşı pasiyentlərin tibb müəssisəsi ilə ünsiyyət təcrübəsinin yaxşılaşdırılması təşəbbüsləri tibb müəssisəsinin rəqabətliyini artırır və bazarda daha çox üstünlük qazanmasına kömək edir.