Konsaltinq xidmətləri

Uptodate In Medicine’s Konsaltinq Xidmətlərində, məsləhətçilərimiz səhiyyə təşkilatlarına uğurla inkişaf etməkdə, mövcud və qarşıdakı ehtiyaclara uyğunlaşmağa və problemlərin aradan 

qaldırılmasında yardım göstərməyə çalışırlar. Biz ictimai səhiyyəyə səmərəli keçid, fərdi tibb anlayışını inkişaf etdirmək, ümumi qayğı xərclərini idarə etmək, biznes strukturlarını rasionallaşdırmaq, düzgün texnologiyaların əhatə edilməsi və proseslərin və xidmətlərin prioritetləşdirilməsi daxil olmaqla, kompleks məqsədlərə nail olmaq üçün düzgün strategiyaları inkişaf etdirmək və tətbiq etməkdə mülkiyyətindən və ölçüsündən asılı olmayaraq, bütün növ səhiyyə müəssisələrinə kömək edirik.

Aparıcı səhiyyə təşkilatlarının əksəriyyəti ilə əməkdaşlıq edərək, ekspertlər və məsləhətçilər qrupumuz strateji, təşkilati və əməliyyat vəzifələrinin müəyyənləşdirilməsi və aşkar edilən problemlərin  həllində təcrübədən keçirilmiş bilik və bacarıqlara malikdir. Azərbaycanda səhiyyə bazarında yaşanan problemlər, çətinliklər və imkanlar barədə dərin düşüncələrimiz və təhlillərimiz, müştərilərimizin bu sahədə davamlı və diqqətəlayiq liderliyini təmin etmək üçün onlara doğru strateji seçimlər etməsinə imkan verir.

Səhiyyə sənayəsi üçün əsas biznes xidmətlərimiz:

Sizə yardımçı olmaqdan şərəf duyuruq! 

Müştərilərimiz müxtəlif səbəblərlə bizi axtarırlar. Bu səbəblərdən bəziləri strateji məqsədləri planlaşdırmaq, əməliyyat problemlərini qiymətləndirmək, keyfiyyətli klinik xidmətlərin göstərilməsi, monitorinq və qiymətləndirmə prosedurlarının tətibiqi, çoxsaylı klinik və inzibati xidmətlər üçün prosedurlar üzrə standartlar hazırlamaq və ya təşkilatın inzibati və maliyyə idarəçiliyinə kömək etməklə bağlı ola bilər. Lakin, bütün hallarda məsləhətçilərimiz hər bir layihəyə peşəkar təcrübə, texniki qabiliyyət, həvəs və enerji gətirir.

Geniş çeşidli konsaltinq xidmətləri ilə bağlı unikal ehtiyaclarınızı müzakirə etmək və bütün suallarınıza cavab verməkdən məmnun olarıq.

Bizimlə bu e-poçt ünvanı və ya 994-50-349-29-48 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Siz həmçinin aşağıdakı formanı doldurub göndərməklə bizimlə əlaqə yarada bilərsiniz.