Tibbi Hüquqi xidmətlər

Səhiyyə müəssisələri, o  cümlədən, dövlət və özəl xəstəxanalar, poliklinikalar, lisenziya əsasında fərdi çalışan həkimlər və orta tibb personalının, habelə bir-başa və dolayısı ilə səhiyyə təşkilatları ilə sıx təmasda fəaliyyət göstərən və ya biznes tərəfdaşlığı olan qurumların sadə və mürəkkəb hüquqi məsələlərin həllində peşəkar hüquqşünasların yardımı və məsləhətlərinə böyük ehtiyacı vardır. Müasir dövrdə uğurlu olmaq üçün tibb müəssisələri həm milli, həm də beynəlxalq normalara, qayda və tələblərə uyğun fəaliyyətini tənzimləməyə məcburdur. Müştəri münasibətləri, ekspertizalar, şikayətlər, hüquqi müstəvidə baş verən münaqişələr və ziddiyyətlər tibb müəssisələrinin və həkimlərin qarşılaşdığı çətinliklər və çağırışlar artıq səhiyyə biznesinin tərkib hissəsinə çevrilməkdədir.

Peşəkar hüquqşünaslarımız və təcrübəli tibbi mütəxəssislərimiz bütün hüquqi məsələlərin həllində Sizə yardımçı olmağa hazırdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində fəaliyyət göstərən bütün səhiyyə müəssisə, idarə və təşkilatlarında:

  • kargüzarlığınaparılması, kadrişinintəşkili, müqavilələrinhazırlanması
  • müxtəlif sənədlərin hüquqi ekspertizasının həyata keçirilməsi
  • əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilər və işəgötürənlərin hüquq və vəzifələrini tənzimləyən normalarla bağlı suallar üzrə məsləhətlərin verilməsi
  • dinindən, əqidəsindən, cinsindən, irqindən, milliyyətindən, dilindən, yaşayış yerindən, əmlak vəziyyətindən, ictimai-sosial mənşəyindən, yaşından, ailə vəziyyətindən, siyasi baxışlarından və təhsilindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarının təklif, ərizə və şikayətlərinin baxılması və cavablandırılması
  • tibb müəssisəsində hüquq xidmətinin yaradılması və dəstəklənməsi