Tibbi İngilis dili kursları

Qloballaşan dünyada tibbi xidmətlərin göstərilməsində müxtəlif ölkələr və millətlərdən olan, ana dili fərqli olan pasientlər və tibb mütəxəssisləri ilə ünsiyyətİN qurulması tələb olunur. Azərbaycana səfər edən əcnəbilər müxtəlif dillərdə danışırlar. Lakin onların əksəriyyəti ilə məhz ingilis dilində ünsiyyət qurmaq mümkündür.

Tibb işçisi (həkim, rezident, tibb bacısı) olaraq, xaricdə konfrans və ya seminarda olduğunuz zaman, və ya xarici mütəxəssislər və əcnəbi pasientlərlə ünsiyyət yaratmaq üçün tibbi ingilis dilinə böyük ehtiyac vardır.

Ehtiyacı qarşılamaq üçün Uptodate İn Medicine tibbi konsaltinq şirkəti tibbi işçiləri üçün “Tibbi İngilis Dili” kurslarını təklif edir.

“English for Nurses”

Tibbi ingilis dili həkimlərlə yanaşı orta tibb personalı üçün vacibdir. Pasientlərlə bir başa işləyən, onlara qayğı göstərən tibb bacı və qardaşları üçün ingilis dili çox əhəmiyyətlidir.

Son illərdə xarici pasientlərin sayının artması ilə bağlı olaraq, dövlət və özəl tibb müəssisələri orta tibbi personalın ingilis dilində sərbəst danışmasına böyük diqqət yetirir.

Bunu nəzərə alaraq, UiM Healthcare consulting orta tibb personalı üçün “English for Nurses” proqramını təklif edir.

Qəbul otağı işçiləri və tibbi koordinatorlar üçün İngilis dili

Qəbul otağı tibb müəssisəsinin güzgüsüdür. Burada çalışan mütəxəssislər, tibbi koordinatorlar və qeyri-tibb işçiləri nə qədər peşəkar olarsa, pasientlər və onların ailə üzvləri bir o qədər razı qalar. Xarici pasientlər və onların ailə üzvləri və yaxınları ilə ünsiyyətin qurulması, sənədləşmənin aparılması, tibbi sığorta şirkətləri ilə danışıqların aparılması və razılaşmaların əldə edilməsi, pasientlərin düzgün yönəldilməsi və s. bu kimi vacib məsələlərin həlli məhz qəbul otağının əməkdaşlarının üzərinə düşür.

Bunu nəzərə alaraq, UiM Healthcare consulting qəbul otağının (reception) personalı və tibbi koordinatorlar üçün “English for Medical Coordinators and Receptionists” proqramını təklif edir.

 

Əlavə məlumat üçün info@tibbikonsultasiya.org və ya  uptodate.az@gmail.com e-poçt ünvanlarına yazın və ya aşağıdakı formanı dolduraraq bizə müraciət edin: