Tibbi təlim və tədris

Tərəfimizdən təşkil edilən tibbi kurslar həkimlər və orta tibb işçilərinin peşəkar bilik və bacarıqlarının artırılması məqsədi daşıyır. Hər bir kurs peşəkar və təcrübəli həkim-mütəxəssislər tərəfindən müasir standartlara əsasən tərtib edilir. Bu məqsədlə mütəxəssislərimiz yüzlərlə aparıcı tibbi jurnal, yeni tibbi ədəbiyyat və elektron kitabxanalarda olan ən son məlumatları araşdırır.

Aşağıdakı kurslardan Siz də bəhrələnin:

  • İlk tibbi yardım (tibb və qeyri-tibb işçiləri üçün)
  • ACLS (advanced cardiac life support)
  • NRP (neonatal reanimasiya proqramı)
  • ALSO (advanced life support on obstetrics)
  • Pediatrik xəstələrdə təkmil tibbi yardım
  • Xəstəxanayaqədər tibbi yardım (travmalarda)
  • EXO-KQ (böyüklərdə və uşaqlarda)
  • Fetal EXO-KQ
  • Səhiyyə menecmenti kursu
  • Ağciyərlərin ventilyasiyasının əsasları
  • Sepsisə qarşı erkən terapiya proqramı
  • Ürək-damar xəstəliklərinin profilaktikası

Şirkətimiz Sizin ehtiyaclarınız və istəyinizə uyğun ən qabaqcıl milli və beynəlxalq mütəxəssislərin iştirakı ilə canlı və online təlim kursları təşkil edə bilər.

Təlim kursuna qeydiyyat və ödəniş portalı.

 

Təlim kursu sifariş etmək istəyirsiniz?

Bizimlə bu e-poçt ünvanı və ya 994-50-349-29-48 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Siz həmçinin aşağıdakı formanı dolduraraq müraciətinizi bizə ünvanlaya bilərsiniz.