Tibbi Tərcümə

Peşəkar və keyfiyyətli tərcümə.
5 ildən artıq Azərbaycanın tibbi məsləhət və təlim-tədris sahəsində çalışan UptodateİnMedicine MMC tərəfindən təklif edilən peşəkar tərcümə xidmətləri öz keyfiyyəti ilə seçilir.
Ölkə daxilində, habelə ABŞ, Rusiya Federasiyası, Türkiyə, Almaniya və Böyük Britaniyada çalışan 10-dan çox mütəxəssisimiz tibbi sənədlərin Azərbaycan, İngilis, Rus, Alman və İvritə keyfiyyətli peşəkar tərcüməsini həyata keçirir.
Şirkətimizin daxili keyfiyyətə nəzarət sistemi Sizin sənədlərinizin ən yaxşı səviyyədə və beynəlxalq standartlara, o cümlədən, xarici ölkələrin xəstəxanaları, tibb cəmiyyətlərinin qaydalarına uyğun tərcüməsini təmin etməyə imkan verir.

Şirkətimiz Sizin tibbi sənədlərinizi ən qısa vaxtda və keyfiyyətli tərcüməsini təmin edir.

  • Xəstələr, xəstəxanalar, həkimlər və farmsevtik şirkətlər üçün tibbi sənədlərin tərcüməsi.
  • Xəstələr üçün İngilis, Rus, Azərbaycan və Alman dillərində tərcümə xidmətləri (canlı və ya telefon vasitəsilə).
  • Klinik təlimatlar, metodik vəsaitlər, protokollar, xəstəlik tarixləri, epikrizlər və s. sənədlərin ABŞ, Türkiyə, Almaniya, Rusiya Federasiyasının tələb və qaydalarına uyğun tərtibatı, tərcüməsi və redaktəsi.
  • Tibbi hüquqi sənədlərin hazırlanması, redaktəsi və tərcüməsi.
  • Tibbi kitabların, dissertasiyaların, monoqrafiyaların və elmi məqalələrin tərcüməsi.
  • Xarici ölkələrin mütəxəssisləri ilə aparılan canlı və ya internet-əsaslı konsultasiyalarda tərcümə.

Tibbi Tərcümədə Təcrübə.
Şirkətimiz asan və ən mürəkkəb sənədlərin və tibbi materialların yazılı və şifahi tərcüməsində böyük təcrübəyə malikdir. Klinik təbabət, biokimya, biotexnologiya, ictimai səhiyyə, farmakologiya, toksikologiya və digər yanaşı sahələrdə olan peşəkar və təcrübəli mütəxəssislərimiz Sizin sənədlərinizin ən yüksək keyfiyyət standartlarına uyğun tərcüməsini təmin edir.
Etibarlı, təcrübəli və müştərinin maraqlarını üstün saxlayan şirkətlə işləmək istəyirinizsə, UptodateİnMedicine MMC-nin Tibbi Tərcümə Xidmətləri ilə əlaqə saxlayın.

Biz aşağıdakı sənədlərin tərcüməsini təmin edirik:

  • Klinik protokollar, təlimatlar, metodik vəsaitlər, klinik rəhbərliklər
  • Xəstələr üçün nəzərdə tutulmuş məlumat materialları (buklet, plakat, liflet, broşüra və s.)
  • Tibbi xidmətlər sahəsində tender sənədləri
  • Tibbi internet səhifələrdə olan məlumatlar
  • Tibbi avadanlıq və cihazlar üçün təlimat broşürları
  • Xəstəlik tarixi, epikriz, tibbi statistik formalar, həkim-konsultantların qeydləri, tibbi hesabatlar və s.
  • Vaksinasiya və immunizasiya pasportu
  • Dərmanların istifadəsinə dair təlimatlar
  • Tibbi elmi jurnallar, məqalələr, elmi kitablar
  • Tibb şirkətləri və ya tibbi təşkilatların hesabatları, daxili bülletenləri və s.
  • Laborator analizlərə dair sənədlər

 

Tərcümə sifariş etmək istəyirsiniz?

Bizimlə bu e-poçt ünvanı və ya 994-50-349-29-48 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Siz həmçinin aşağıdakı forma ilə bizimlə əlaqə yarada bilərsiniz.