Ümumi icmal

Səhiyyə konsaltinq xidmətlərimiz aşağıdakı sahələr üzrə geniş praktik təcrübəyə malik mütəxəssislər qrupumuz tərəfindən göstərilir:

  • Dövlət və özəl tibb müəssisələri və fərdi həkimlərə yönəlik xidmətlər
  • Təcili tibbi yardım göstərən tibb müəssisələri
  • Uzunmüddətli tibbi qayğı göstərən müəssisələr
  • Proqram təminatı, Elektron Tibbi Kart sistemi, e-səhiyyə, informasiya texnologiyaları
  • Ambulator reabilitasiya klinikaları
  • Ahıllar evi, palliativ və hospis müəssisələri
  • Alzqeymer and digər demensiyadan əziyyət çəkən xəstələr üçün tibbi-sosial müəssisələr
  • Laboratoriya xidmətləri
  • Əczaxanalar
  • Evdə tibbi qayğı xidmətləri

Göstərdiyimiz konsaltinq xidmətlərinin nümunələri:

  • Ümumi inzibati idarəetmə
  • Tibbi sənədlər, kargüzarlıq və kodlaşdırma (XBT10, XBTO-3, DSM-IV və s.)
  • Elektron Tibbi Kartlar
  • Pasiyent hüquqları
  • e-Səhiyyə texnologiyaları, teletəbabət
  • Xəstə sayının artırılmasına xidmət edən marketinq üsulları üzrə təlim-tədris və vasitəçilik
  • Səhiyyə təşkilatlarında xidmət keyfiyyətinin qiymətləndirilməsi və monitorinqi üçün “Sirrli müştəri” xidməti
  • Səhiyyədə Sosial Media və sosial şəbəkələrdən istifadə
  • Proseslərin və fəaliyyətlərin müstəqil ekspertizası, monitorinq və qiymətləndirilməsi
  • Tibbi müəssisəsinin ümumi və ya seçilmiş sahələr üzrə fəaliyyətinin təhlili, o cümlədən, statistik, maliyyə, klinik və s. göstəricilər əsasında analizlər
  • Yeni səhiyyə və ya tibb müəssisələrinin sıfırdan yaradılması və işə salınması, davamlı idarə olunması xidmətləri
  • Səhiyyə xidmətləri bazarının öyrənilməsi, müxtəlif təhlillər və araşdırmaların, sosioloji tədqiqatların təşkili və aparılması
  • Pasiyentlərin və əməkdaşların məmnuniyyətini artıran xidmətlərin qurulmasına dəstək
  • Tibbi xidmətlərə dair biznes planların tərtib edilməsi
  • Səhiyyə sahəsində tikinti layihələrinin əsaslandırılması və tərtibatı
  • Tibbi internet saytların yaradılması və dəstəklənməsi, habelə internetdə, o cümlədən, sosial şəbəkələrdə ictimai əlaqələrin təmin edilməsi
  • Tibb müəssisələrinin idarə olunmasına texniki və inzibati dəstək, o cümlədən, maliyyə, kadrlar, təsərrüfat və klinik fəaliyyətlərin təşkili və menecmenti, standartlaşdırılmış prosedurların (SOP) tərtibi və tətbiqi
  • Qida təhlükəsizliyi və müstəqil epidemioloji monitorinq, tədris və təlimatlandırma
  • Tibb və qeyri-tibb mütəxəssisləri üçün tibbi təlim kursları

Ən populyar səhiyyə xidmətlərimiz:

Yüksək tələbata malik bəzi xidmətlərin detalları üçün aşağıdakı səhifələrə keçin:

  • Qeyri-tibb işçiləri, o cümlədən sıravi vətəndaşlar və əməkdaşlar  üçün ilk tibbi yardım üzrə təlimlər
  • Qida (ərzaq) təhlükəsizliyi, o cümlədən istehsalat, saxlama və paylama standartları və təcrübələri
  • Səhiyyə müəssisələri üçün klinik və inzibati prosedurların standartlaşdırılması üzrə təlimatlar toplusunun (SOP) işlənib hazırlanması və tətbiqi
  • Klinik mövzulara dair nəzəri və praktik təlimlər
  • Səhiyyə menecmenti, səhiyyənin təşkili, ictimai səhiyyə, pasiyent hüquqları, pasiyentlərlə əlaqələr, keyfiyyətin təminatı, səhiyyədə fəaliyyətin monitorinqi və təhlil üzrə rəhbər işçilər, qeyri-tibb və tibb işçiləri üçün təlim-tədris prosesinin təşkili