Uptodate İn Medicine tədris portalı

UpToDateİnMedicine®  – tələbələr, həkimlər, elmi işçilər, rezident həkimlər, habelə xəstələr və qeyri-tibb işçiləri üçün nəzərdə tutulmuş Azərbaycan dilində klinik tibbi məlumat bazasıdır. Əsas məqsədi müxtəlif sahələrdə çalışan mütəxəssislərin peşəkar bilik və bacarıqlarının artırılması, davamlı təhsili imkanlarının genişləndirilməsi və əlçatanlığının təmin edilməsi olan Uptodate İn Medicine elektron tibbi məlumat bazası daim yeni məlumat və məqalələrlə yenilənməkdədir.

Gündəlik yenilənən bu elektron resurs Uptodate İn Medicine-in Elmi Redaksiya Heyəti tərəfindən izlənilən yüzlərlə aparıcı tibbi jurnal və kitabxanaların monitorinqi və araşdırılması nəticəsində daim yenilənir. Hər bir məqalə, hər bir tövsiyə klinik təcrübəyə və elmi əsaslarla təmin edilir, son elmi tədqiqatlara və klinik təlimatlara arxalanır.

Daha ətraflı məlumat üçün bu linkə keçin: http://www.uptodate.az